Serbiya Rusiyadan daha 10 il qaz almaq istəyir


Serbiya Rusiya ilə dövlət şirkətləri səviyyəsində qaz tədarükü üçün yeni müqavilə üzrə danışıqlara başlayıb və təbii qazı 1000 kubmetr üçün 950 dollar olan cari bazar qiymətindən xeyli aşağı qiymət alacağını gözləyir.

Millitribuna.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç bildirib. “Srbiyaqaz” və “Qazprom” arasında Rusiyadan Serbiyaya sutkada 6 milyon kubmetr qazın min kubmetri 270 dollardan tədarükü üçün mövcud müqavilə mayın 31-də başa çatır.

Serbiya hakimiyyəti Rusiya tərəfi ilə növbəti müqaviləni 10 il müddətinə imzalamağı planlaşdırdıqlarını bildirib: “Bizim hesablamamıza görə, qiymət min kubmetr üçün 270 dollarda qala bilməyəcək, amma mütləq aşağı olacaq, indi bazar qiyməti olan 950 dollardan çox aşağı olacaq”-deyə, o bildirib.

Zorana Mixayloviç bir daha qeyd edib ki, 2023-cü ilin sentyabrında o, Bolqarıstanla Niş-Dimitrovqrad birləşdirici qaz kəmərinin tikintisinin başa çatacağını gözləyir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.