Samirə “Eurovision”dan əvvəl peyvəndlənib

“Tarixi çox sevirəm. Kleopatra və Mata Hari kimi güclü qadınlara heyranam və ilham alıram. 2021-ci ildə seçimlər arasında çox mahnı var idi, amma müsabiqədə “Mata Hari” mahnısı ilə çıxış etməyi çox istəyirdim. Bu parçanın peşəkar musiqiçilərdən ibarət fokus qrupu tərəfindən seçilməsinə sevindim”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Azərbaycanı bu il “Eurovision”da təmsil edən müğənni Samirə Əfəndi “Fatehin divanı” proqramına qonaq olarkən deyib. O, bildirib ki, 6 ildən sonra “Eurovision” səhnəsinə çıxacaq:

“Çox insanın Mata Hari haqqında məlumat əldə etməsi, hekayə və mənimlə maraqlanmaları çox xoşdur. Ancaq bir casus ola bilməzdim, belə bacarığım yoxdur. Bundan əlavə, bek-vokalların Azərbaycan dilində olan frazaları özüm oxumuşam. Bu günə kimi Azərbaycan dilində bir cümlə belə olmayıb. İndi qoy dilimizi bilsinlər”.

Samirə Niderland səfəri ərəfəsində ona vaksin vurulduğunu da deyib: “İki dəfə peyvənd olunmuşam”.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *