“Sadakatsız”ın ulduzu reanimasiyaya yerləşdirildi

Kanal D-də yayımlanan “Sadakatsız” serialının ulduzu Burak Sergen xəstəxanaya yerləşdirilib. 

Millitribuna.az xəbər verir ki, bu barədə Hüriyyet qəzeti məlumat yayıb. Qeyd olunub ki, 60 yaşlı aktyorun vəziyyəti anidən pisləşib və tibb müəssisəsinə aparılaraq ilkin müdaxilə olunub.

Vəziyyəti ağır olan B. Sergen reanimasiya şöbəsinə yerləşdirilib.  Aktyordan “COVID-19” testi götürülüb və cavabın neqativ çıxdığı açıqlanıb.

Xəstəxanadan verilən məlumata görə, aktyor süni nəfəs aparatına qoşulub və onun ağciyərlərinə infeksiya düşüb. (Qafqazinfo)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *