“Sadakatsiz”in çəkilişləri dayandırıldı

Reytinqli layihələrdən olan “Sadakatsiz” serialının çəkilişləri dayandırılıb.

Millitribuna.az bildirir ki, buna səbəb ekran işinin iki aktyorunun koronavirusa yoluxmasıdır. Derin obrazını canlandıran Melis Sezen və Ali rolunu ifa edən Alp Akarın test nəticələri pozitiv çıxıb.

Bundan sonra serialın çəkilişlərinin dayandırılmasına qərar verilib.

Xatırladaq ki, iki gün əvvəl serialda Haluk Güçlü obrazını canlandıran aktyor Burak Sergenin də halı qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Hazırda aktyor reanimasiyadadır.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app