Sabir Rüstəmxanlı bəzi mollaları ittiham etdi

“Bəzi mollaları dinləyirsən, sanki onlar fars dilində danışırlar”.

Millitribuna.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bəzi mollalar məscidlərdə ərəb və fars mifologiyasını təbliğ edirlər.

“Görürsən ki, ali məktəbə qəbul ola bilməyən müəyyən şəxslər əlinə kitab alıb gedib qəbiristanlığın qapısında dayanır ki, mollalıq etsin. Amma onun dini savadı yoxdur”, — deyə S.Rüstəmxanlı əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *