Sabahdan “Semaşko”nun işçilərinə əlavələr ödəniləcək

“Tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində operativ iş gedir. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Onun sözlərinə görə, bu qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək: “Qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək”.

K.Ələkbərov bildirib ki, KTM-də əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək: “Əlavələr aprelin 1-dən hesablanacaq və bütün tibb, qeyri-tibb sektorunu əhatə edəcək”.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir