Saakaşvili həbsxanadan klinikaya köçürülə bilər


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürülə bilər.

Millitribuna.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun xəstəxanaya köçürülməsi təklif olunur: “Məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək”.

Qeyd edək ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.