“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib


Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Millitribuna.az xəbər verir ki, sənədə əsasən, “Sərhəd mühafizə orqanları haqqında” qanuna aşağıdakı dəyişikliklər olunub:

1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib;

24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib.

Dəyişikliklə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.