Şəmkir və Qobustanda “patı” əməliyyatı: Saxlanılanlar var

Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə – metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir