“Səidənin problemindən heç başım çıxmadı”

“Bu problemdən heç başım çıxmır. Hələ də axtarıram bu problemi tapa bilmirəm. Ona hər zaman dəstək olmuşam. Çox istəmişəm”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olarkən deyib. Müğənni ünvanına sərt sözlər deyən Səidə Sultan haqqında danışıb. O, Səidənin ona qarşı etdiyi qalmaqallı açıqlamasının səbəbinin bilmədiyini bildirib:

“Ailəsi ilə də dostam. Çalışmışam ki, yanında olum. Bilmirəm, nə baş verdi? Allah bilən məsləhətdir. Səbəbini bilmədiyim üçün heç nə deməyəcəm. Bilmirəm, eşitməmişəm. Ona görə bir gün üstü açılarsa, mən tərəfdən sıfır reaksiya olacaq”.

Qeyd edək ki, ötən həftə müğənni Səidə Sultan  «10-da görüşək» proqramının qonağı olarkən Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova haqqında qalmaqallı sözlər deyib.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *