Şəhriyar Aronyanı mat etdi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun «New In Chess» adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüşdə ikinci oyun gününün üçüncü partiyası başa çatıb.

Millitribuna.az xəbər verir ki, qarşılaşma 35-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb.

Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *