Səhiyyə Nazirliyi koronavirus xəstələrinə xəbərdarlıq edib

“Koronavirus əleyhinə vurulan peyvənddən 10 gün sonra olan qızdırma vaksinlə əlaqəli deyil”.

Millitribuna.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, belə olan zaman digər səbəbləri araşdırmaq lazımdır.

T.Eyvazov aktiv xəstələrin ictimai yerlərə çıxmasından təəssüfləndiyini bildirib: “Bu, acınacaqlı haldır. Çünki həmin şəxslər yoluxma sayını ciddi şəkildə artırmış olurlar. Nəzərə alaq ki, hazırda ailədaxili yoluxmaların göstəricisi yüksəkdir. Yüngül simptomlu xəstələr adətən həkimə müraciət etmir və rəsmi qeydiyyata düşməmək üçün adlarını sistemə salmırlar. Hesab edirlər ki, adları sistemə düşsə məhdudiyyətlərlə qarşılaşacaqlar. COVID-19-un bəzi simptomları kəskin respirator virusun əlamətləri ilə oxşar olduğundan xəbəri olmayan insanlar yoluxmanı artırmış olurlar. Odur ki, hər kəs məsuliyyətli olmalıdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir