Şəhid Azad Kərimov Qazaxda dəfn olunub


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azad Kərimov dəfn edilib.

Millitribuna.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla Daş Salahlı kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir A.Kərimov ailəli olub, onun 1 və 3 yaşlı oğlu var.

Allah rəhmət eləsin!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.