Ruslan Əliyev polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib-VİDEO

Ruslan Əliyev şəhid general-mayor Polad Həşimovun səngər yoldaşı, polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib.

Millitribuna.az qanunla.az-a istinadən xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət ediblər. Təbriz Kərimov Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlarının qarşısının qətiyyətlə alınmasında onun da müstəsna rolu olub.

24 ildir Azərbaycan ordusuna xidmət edən polkovnik-leytenant Təbriz Kərimov acı da olsa, bu döyüşlər zamanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər neçə-neçə mərd, vətənsevər qəhrəmanların şəhidlik zirvəsinə ucaldığı anın canlı şahidi olub. Ölkə rəhbərliyi tərəfindən Vətən uğrunda canından keçərək qanı ilə tarix yazan şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən qazilərə, habelə müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərilir. SOCAR rəhbərliyi də bu kateqoriyadan olan müraciətlərə böyük önəm verir.

Görülən işlər çərçivəsində polkovnik-leytenant Təbriz Kərimovun yaşadığı fərdi yaşayış evi SOCAR rəhbərliyinin tapşırığı ilə qısa müddət ərzində təbii qazla təmin edilib. Baş direktor görüş zamanı ailənin qayğıları ilə maraqlanaraq hər zaman onların müraciətlərinin icrasına hazır olduğunu qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.