Rusiyanın axtarışa verdiyi şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.
Millitribuna.az-ın məlumatına görə, hadisə yanvarın 22-si saat 22 radələrində baş verib.
Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Bayramov Mustafa Nəriman oğlu saxlanılıb. Onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.
M.Bayramov aidiyyəti üzrə təhvil verilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app