Rusiyalı UFC döyüşçüsü tapança ilə saxlanılıb

Rusiyalı idmançı Hacımurad Antiqulocv Mahaçqalada saxlanılıb.

Millitribuna.az-ın məlumatına görə, buna MMA döyüşçüsünün odlu silah gəzdirməsi səbəb olub.

Axtarış zamanı onun üzərində tapança aşkarlanıb. İdmançı ilə bağlı operativ əməliyyatların aparılmasının səbəbləri müəyyənləşdirilir.

Antiqulov 2020-ci ilin dekabrında qalmaqal salması ilə diqqət mərkəzinə düşüb. Dağıstandakı toyların birində içki verilməsə də, idmançı alkoqol içməyə qərar verib. Ona masanın üstündəki şüşəni yığışdırmaq deyilsə də, Hacımurad imtina edib və davaya başlayıb.

Qeyd edək ki, 2009-cu ildən əlbəyaxa döyüşlərdə qüvvəsini sınayır. 28 döyüşdə 20 qələbəsi olan idmançı UFC versiyasında çıxış edir.(apasport)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *