Azad Rəhimovun dəfn mərasimi məhdud çərçivədə keçiriləcək

Ötən gün vəfat edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq:

“Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *