“Rusiya idmançılarına qarşı sanksiyalara görə ürəyim parçalanır”

“Rusiya idmançılarına qarşı tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır”.

Millitribuna.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner vəziyyətin çətin olduğunu söyləyib: “Biz başqa cür edə bilməzdik. Bu, idmançıların müharibəsi deyil. Bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir”.

Qeyd edək ki, daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.