“Rusiya Ermənistandakı “İskəndər”lərin nəzarətini öz əlində saxlayır”

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın  “İskəndər” Operativ-taktiki raket kompleksindən (OTRK) istifadəsinin təsdiqlənməsi ekspert cəmiyyətində canlanmaya səbəb olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) verdiyi məlumata görə, raket parçaları Şuşa şəhərinin yaxınlığında tapılıb.

Hərbi ekspert, Gürcüstan Strateji Analiz Mərkəzinin analitiki Laşa Dzebisaşvili Caliber.Az-a verdiyi müsahibədə qeyd etdi ki, “İskəndər-M” operativ-taktiki raketinin zəngin istifadə spektri var – canlı qüvvənin məhvi, düşmən ərazisinin dərinliklərinə zərbələrin endirilməsi, anbar və qərargahların məhvi:

“Ona görə, nə qədər ki, müharibə davam edirdi, erməni tərəfi istənilən hədəfə istədiyi vaxt raket ata bilərdi”.

Həmsöhbətimiz hesab edir ki, Moskva raketlərin atılmasını qeydə almaya bilməzdi.

“İskəndər” OTKR-nın Ermənistana verilməsi ciddi şəkildə tənzimlənirdi və Rusiya bu mürəkkəb sistemlər üzərində nəzarəti öz əlində saxlayırdı. Ona görə, istənilən halda, Rusiyada nə vaxt və hansı hədəflərə zərbələrin endiriləcəyini bilirdilər. Bu məsələdə demək olar ki, heç bir şübhə yoxdur”, deyə L. Dzebisaşvili qeyd edib.

Ermənistana “İskəndər”in “E” ixrac versiyası satılıb.  Ancaq Azərbaycan ərazisinə Ermənistan ordusunun deyil, Rusiya ordusunun arsenalında olan  “İskəndər-M” modifikasiyalı raket düşüb. Onlar haradan atıla bilərdi, bəlkə, Gümrüdəki bazadan?

Bəli, həqiqət budur ki, Gümrüdə geniş çeşidli silahlar cəmləşib. Ancaq raketin buraxılışının dəqiq yerini dəqiqləşdirmək üçün kəşfiyyat məlumatlarına ehtiyac var. Mən düşünmürəm ki, zərbə Gümrüdən endirilib, izləmə sistemlərini nəzərə alaraq bunu dərhal aydınlaşdırmaq olardı. Lakin Ermənistanın silahlı qüvvələri Rusiyanın Qafqazdakı silahlı qüvvələrinin məntiqi davamıdır, bu nəzərə alınmalıdır. Mənim fikrimcə, “İskəndər”lər Azərbaycan-Ermənistan sərhədinə gətirilib və buradan raketlər buraxılıb.

“Yeri gəlmişkən, raketlər partlamayıb. Sizcə niyə?

Buna qəti cavabım yoxdur. Mən “İskəndər”in sınaqlarının nəticələrini görməmişəm. Atışın neçə faizinin müvəffəqiyyətlə bitdiyi məlum deyil. Ancaq görünən odur ki, Ermənistan baş naziri Nikol Paşinyan “İskəndər”in 10 faiz effektivliyindən danışarkən haqlı idi. Əlbəttə, sonradan N.Paşinyan öz sözlərini geri götürdü, ancaq o, Baş Qərargahın və ya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanmadan ilkin açıqlamalar verə bilməzdi.

Bu cür raketlərin istifadəsi hansısa beynəlxalq normanın pozulmasıdır? Azərbaycan öz ərazisində müharibə aparırdı, torpaqlarını azad edirdi. “İskəndər” raketləri isə açıq-aydın başqa bir dövlətin ərazisindən atılıb.

Sualın birinci hissəsinə cavab verək: “İskəndər”in özü-özlüyündə istifadəsi pozuntu hesab edilmir, bu müharibə vəziyyətində hərbi hədəflər üçün legitimdir. Əlbəttə ki, raketlərin mülki əhalinin məskunlaşdığı ərazilərə və sair yerlərə yönəltmək olmaz. Ancaq “İskəndər”in başqa bir dövlətin ərazisindən atılması vəziyyəti dəyişir. Beynəlxalq hüquq baxımından bu, bir çox suallar doğurur, çünki Ermənistan öz silahlı qüvvələrini başqa bir ölkəyə qarşı istifadə edib.

Və niyə Rusiya öz sistemlərinin istifadəsinə icazə verib? Eyni zamanda, aydındır ki, Rusiya Ermənistana “İskəndər” OTRK-nın Qarabağ ərazisində yerləşdirməsinə icazə verməyəcəkdi. Buna görə raketlər Ermənistan ərazisindən atılıb. Bu Azərbaycanın cavab reaksiyasını doğurmaq cəhdi idi ki, müharibə Ermənistan ərazisinə də keçsin. Bəlkə də bu, Azərbaycanı qorxutma aktı idi. Amma alınmadı, Azərbaycan qələbə qazandı.

Niyə “İskəndər E” deyil, məhz “İskəndər-M” raketləri atılıb?

Taktiki və texniki xüsusiyyətlərdə detallara varmadan fərziyyələrimi bildirəcəyəm. Aydındır ki, “İskəndər M”in hərəkət radiusu “İskəndər E” dən daha böyükdür, buna görə də böyük ehtimalla İrəvan “ekonom klass” “E”ni deyil, Azərbaycan ərazisində istənilən hədəfi vurmağa imkan verən “M” variantını əldə etməyə qərar verib. Mən təsadüfən qeyd etmədim ki, Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin Qafqazdakı davamıdır, çünki, onların hədəf və obyektləri Türkiyədədir. Buna görə, Azərbaycana zərbə vurmaq üçün “İskəndər M” raketlərindən istifadə edildi, çünki Ermənistanda məhz bu raketlər olub.

Effektivliyə gəlincə, yuxarıda bu barədə danışdıq: mənə onların sınaq məlumatları məlum olmadığı üçün “İskəndər”lərin effektivlik səviyyəsini bilmirəm.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *