Rusiya Bakıya yeni aviareys açır

Rusiyanın “Red Wings Airlines” aviaşirkəti 2022-ci ildə Yekaterinburqdan Bakıya reyslər həyata keçirməyi planlaşdırır.

Millitribuna.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, şirkət gələn il 30 beynəlxalq və regional istiqamətdə uçuşlar reallaşdırmağı hədəfləyib.

Qeyd edək ki, 2021-ci ildə “Red Wings Airlines” şirkətinə Saratov, Nijni Novqorod, Mineralnıe Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakıya uçuşlar üçün lisenziya verilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir