Rudenko: “Qarabağda vəziyyət stabilləşib”

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Millitribuna.az xəbər verir ki, Ermənistanın Laçın dəhlizi vasitəsilə mülki avtomobillərdə hərbçiləri Qarabağa daşımasına münasibət bildirən Rudenko söyləyib:

“Bölgədə təhlükəsizliyə cavabdeh olan Rusiya sülhməramlı kontingenti Qarabağın hərbiləşdirilməsinin qarşısını almaq üçün tədbirlər görür. Bu iş Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına tam uyğun olaraq həyata keçirilir.

Mühüm amil tərəflərin Rusiya sülhməramlıları ilə müntəzəm təmaslarını davam etdirmək, müvafiq tapşırıqlarını yerinə yetirmək üçün ən əlverişli şərait yaratmaq meylidir. Bu işdə ortaq qərarlar tələb edən məsələlər qaçılmaz olaraq ortaya çıxa bilər.

Sülhməramlılarımız və şəxsən Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov hər iki tərəfin yüksək etimadından yararlanaraq sözsüz ki, sülhməramlı əməliyyat bölgəsində sabit vəziyyətin qorunmasına kömək edir».

Onun sözlərinə görə, Qarabağda vəziyyət sabitləşib, dinc həyat qurmaq üçün şərait yaradılıb.

«Təhlükəsizliyin qarantı — Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tam atəşkəs və Dağlıq Qarabağ bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatına uyğun olaraq tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilmiş Rusiya sülhməramlı kontingentidir.

Əlbəttə ki, Azərbaycan və Ermənistanın lazımi səviyyədə qarşılıqlı etimad qurmaq və ikitərəfli münasibətləri normallaşdırmaq üçün çətin bir yolun başlanğıcında olduğunu başa düşürük. Bu yolda çox çətinliklər və maneələr var. Azərbaycanlı və erməni dostlarımızla qarşılıqlı əlaqə quraraq Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafının Rusiyanın bu bölgədəki bütün tərəfdaılarının maraqlarına cavab verdiyini vurğulayırıq».(azvision.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *