“Ronaldo ilə yenidən görüşmək xoş idi”

Fransa millisinin futbolçusu Kərim Benzema “Real”da sabiq komanda yoldaşı olan Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo ilə arasındakı münasibətdən danışıb.

Millitribuna.az qol.az-a istinadən xəbər verir ki, oyunçular Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Fransa – Portuqaliya matçında meydanda üz-üzə gəliblər. Benzema isə 36 yaşlı hücumçu ilə görüşməkdən məmnun olduğunu deyib:

“Ronaldo mənim çox yaxşı və yaxın dostumdur. “Real”da birlikdə çox şey əldə etdik , çoxlu qol vurduq. Onu yenidən görmək çox xoş idi. Milli komandalarımız və klublarımız üçün görüşlərdə danışmışıq. Biz bir-birimizə uğurlar dilədik”.

Qeyd edək ki, Fransa – Portuqaliya matçı 2:2 hesablı heç-heçə il başa çatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir