Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb.

Millitribuna.az xəbər verir ki, Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib.

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib.

Qeyd edək ki, R.Kadırov 1976-cı ildə anadan olub. O, 2004-cü ildən Çeçenistana rəhbərlik edir.

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırovun oğludur. Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir