“Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” — Hacı Şahin

“Bu il Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək”.

Millitribuna.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin bildirib ki, Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq:

“Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq. İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcələr. İnsanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq. Hər bir vətəndaşın narahatlığı başadüşüləndir. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar”.

QMİ rəsmisi ölkədə vaksinasiyaya start verildiyinə diqqət çəkərək, tezliklə çətin günlərin arxada qalmasını arzulayıb.

O eyni zamanda, insanları kütləvi iftar mərasimlərində iştirakdan çəkinməyə çağırıb:

«Əlbəttə iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır. Ona görə də, elmi mütəxəssislər bizə deyirsə kütləvi toplaşmaq yoluxmanı artırır, demək dinimiz də bizdən tələb edir ki, qaydalara riayət edək».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *