“Xahiş etmişdi ki, ona dua edək”.
Millitribuna.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın vida mərasimində sənət dostu Rafael İsgəndərov deyib.
Onun sözlərinə görə, mərhum aktrisa ilə sonuncu dəfə bu yaxınlarda danışıb.
“Sonuncu telefon danışığımızda xahiş etdi ki, dua edək. Çox pozitiv idi, xəstəlik onu mənən sındıra bilmədi. Əzizlərinə Allahdan səbir diləyirəm”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app