Rəsul kimə “sevəcəyəm” dedi? – Video

Müğənni Rəsul Əfəndiyev xalq artisti Brilliant Dadaşovanın repertuarından ifa etdiyi “Sevəcəyəm” adlı mahnısını təqdim edib.

Millitribuna.az xəbər verir ki, bəstənin sözləri Əlibaba Hacızadə, musiqisi Cavanşir Quliyevə, yeni nəfəsdə aranjimanı Kurşad Məmmədova, mix-masteri isə Hatəm Nəbioğluna məxsusdur.

Sənətçi sözügedən mahnıya klip çəkdirmək üçün Türkiyəyə üz tutmalı olub. Əfəndiyev sadə süjet xətti olan ekran işinin rejissorluğunu Erkan Nasa həvalə edib.

Qeyd edək ki, klip ifaçının rəsmi YouTube kanalına yerləşdirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.