“Rəqəmlər istək və potensialımızı tam əks etdirmir” — Ceyhun Bayramov

«Azərbaycanla Litva arasında ikitərəfli və çoxtərəfli əsasda münasibətlər müzakirə edildi, siyasi dialoqun davam etməsinin vacibliyi vurğulandı».

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı ilə keçidiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, iki ölkənin iqtisadi sahədə münasibərlərinə xüsusi diqqət yetirilib: «Azərbaycan Cənubi Qafqazda Litvanın ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə ticarət dövriyyəsi 2019-cu ilə nisbətən 13 faiz artıb. Amma rəqəmlər istək və potensialımızı tam əks etdirmir. Bu sahədə daha böyük potensial var. Əlavə imkanlar, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji ilə bağlı sahələrdə əməkdaşlığa diqqət yetilidi».

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla litvalı həmkarı Gabrielius Landsbergis arasında görüş keçirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *