Qurban bayramının dəqiq tarixi məlum oldu

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində hicri-qəməri təqvimin təyin edilməsi məqsədilə Ayın Azərbaycan üfüqündə təzələnməsi vaxtını təqdim edir.

Rəsədxanadan bildirilib ki, 29 iyun (qəməri təqvimlə Zilhiccə ayının 1-i) 2022-ci il tarixində Ay təzələnib və aydın səma şəraitində Ayın hilalı adi gözlə müşahidə edilib.

Ayın təzələnmə qrafikinə əsasən Qurban bayramı günü iyul ayının 9-na (Zilhiccə ayının 10-na) təsadüf edəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.