Qobustanda insan sümükləri aşkarlanıb

Noyabrın 19-u saat 10 radələrində Qobustan rayonu Dərəkənd kəndi ərazisində insan skeleti sümüklərinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qobustan rayon prokurorluğundan  verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və insan skeleti sümüklərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *