QMİ sədri: “İllərlə yuxuda gördüyümüz Qarabağ torpaqları azaddır”

“Ermənilər öz torpağımıza getdiyimizə görə də öz narazılıqlarını bildirdilər. Əlbəttə, bu, düzgün deyildi”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

“Biz inanırıq ki, dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır. İllərlə yuxuda gördüyümüz, dualarını etdiyimiz Qarabağ torpaqları azaddır. Allah da bu yuxularımızı çin etdi”, – QMİ sədri bildirib.

Allahşükür Paşazadə vurğulayıb ki, qələbəyə nail olmaq üçün Türkiyə və İranın böyük zəhməti olub: “Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə ola bilməzdi”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir