«Qızımı çox sıxıram, amma nə edim» — Məleykə

Xalq artisti Məleykə Əsədova «Evdəkilərə salam» proqramını evində qonaq edib.

Millitribuna.az xəbər verir ki, aktrisa qızı Gülər və bacısı ilə kamera qarşısına keçib.

Övladından danışan M.Əsədova «Gülərdə daha çox atasına uyğun xarakter var. Məndən isə mərtlik, istəyinə nail olmaq xüsusiyyətini götürüb. Mən çılğınam, Gülər isə sakitdir. Övladımı çox sıxıram. Qızım əzizdir, tərbiyəsi ondan əzizdir. İndi çarpışıram, vaxt gələcək qızım məni xoşbəxt edəcək» sözlərini deyib.

Erkən nikahdan danışan aktrisa valideynləri tənqid edib:

«15-16 yaşda qız ailə qurar? Uşaq cavanlığını, gəncliyini keçirməlidir, görməlidir. Ailə olmalıdır, amma bunu dərk etməlidir. Ata-ana 16 yaşında qızını ərə verir, bunun əksinəyəm».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *