“Qızıl portağal” festivalının vaxtı açıqlandı

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 59-cu “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 1-də başlayacaq.

Millitribuna.az  xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsindən bildirilib ki, festival çərçivəsində “Edebiyat Uyarlaması Uzun Metraj Senaryo” müsabiqəsi də keçiriləcək.

Türkiyədə böyük maraqla gözlənilən müsabiqə kino və ədəbiyyatı bir araya gətirərək hər iki sahə üçün məhsuldar mühit yaratmağı hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 8-dək davam edəcək.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.