«Qismətimə düşsə, əngəlli insanla evlənərəm»

Bu sözləri aktrisa Ülviyyə Əliyeva «Elgizlə izlə» proqramında qonaq olarkən deyib.

Millitribuna.az xəbər verir ki, verilişə evlənmək üçün müraciət edən əngəlli vətəndaş haqqında müzakirə zamanı sənətçinin bu sözü deməsi digər qonaqların etirazına səbəb olub.

«Avropada fiziki məhdudiyyətli insanlara əngəl yoxdur. Normal insanlar kimi evlənirlər. İnsanın ruhu, əqli əngəlli olmasın. Mən elə insanları qüsurlu görmürəm. Ağlın başındadırsa, artıq sağlamsan. Əngəlli biri ilə evlənərdim. Əsas xasiyyətim uyğun gəlsin. Əgər qismətimə belə insan düşsə, qəbul edərdim» deyə, Ülviyyə əlavə edib.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *