Qışda parlaq dəri üçün bu qidalardan yeyin

Soyuq qış günlərində dərini xaricdən qorumaqla yanaşı, daxildən də ona dəstək olmalısınız. Bəs, sağlam, parlaq cild üçün pəhrizə hansı qidaları əlavə etmək lazımdır?

Millitribuna.az xəbər verir ki, şaxtalı hava dərini qurudur, qaşınmasına, qızarmasına, qıcıqlanmasına və çatlamasına səbəb olur. Bunun qarşısını almaq üçün qəbul etdiyiniz qidaları da düzgün seçmək lazımdır. Yediyiniz qidalar cildin ehtiyac duyduğu minerallarla zəngin olmalıdır.

Sağlam və parlaq cild üçün aşağıdakı qidalara üstünlük verin. 

Şirin kartof:

Tərkibindəki yüksək miqdarda A vitamini sayəsində şirin kartof dərinizi nəmləndirərək sağlam bir parıltı ilə təmin edir və onu soyuq havanın zərərindən qoruyur. Şirin kartofun tərkibində sərbəst radikallarla mübarizə aparan antioksidant C vitamini də var.

Qırmızı kələm:

Kələm C vitamini ilə zəngindir. Bu da immunitetinizi gücləndirməklə yanaşı, kollagenin istehsalına da kömək edir. O eyni zamanda yaxşı antioksidan mənbəyidir. Tərkibindəki K vitamini qan laxtalanmasının qarşısını alır, sümüklərin sağlamlığını təmin edir.

Sitrus meyvələri:

Portağal və qreypfrut kimi sitrus meyvələri qış mövsümündə dəriniz üçün əladır. Kollagen dəstəkləyən vitamin C ilə yanaşı antioksidantlarla da zəngindir. Bu meyvələr cildi qışın soyuğuna qarşı müdafiə edən amin turşusu likopenlə təmin edir.

Balqabaq toxumu:

Dərini qidalandıran sağlam yağlar və zülallarla yanaşı, minerallar və sinklə də zəngindir. Tətkibindəki A vitamini dərini nəmləndirərək hamar edir.

Yaşıl çay :

Soyuq havalarda yaşıl çayla isinməyə üstünlük verin. Bu çay dərini qidalandıran və dəstəkləyən antioksidantlarla zəngindir. Zədələnmiş dərini sağaltmağa kömək edən güclü antiinflamatuar xüsusiyyətlərə malikdir.

Yulaf:

Günə isti yulaflı səhər yeməyi ilə başlamağa çalışın ki, dəriniz sizə təşəkkür etsin! Yulaf dərinizi dəstəkləyə biləcək zəngin antioksidanlar, vitaminlər və minerallar mənbəyidir, lakin daha da əhəmiyyətlisi pəhriz üçün ideal olmasıdır. Yulaf eyni zamanda mədə-bağırsağın fəaliyyətini normaya salır ki, bu da dərinin daha gözəl görünməsinə imkan verən şərtlərdən biridir.

Avokado:

Sağlam yağlar, vitaminlər və minerallarla zəngin olan avokado dərini içəridən qidalandırmağa kömək edir.

Sümük suyu:

Toyuq və ya digər heyvanların sümüklərindən hazırlayacağınız bu qida dərini dəstəkləyən kollagen zülalı ilə zəngindir. Bu həm də cildin yaşlanması prosesini ləngidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *