Qış mövsümü 1 oktyabrdan başlayarsa…

Təhsil eksperti Elşən Qafarov yazır…

Bildiyimiz kimi, Azərbaycan Respublikasında istilik sistemi ilə bağlı qış mövsümü  hər il 16 noyabrdan başlayaraq 15 apreldə bitir və 5 ay davam edir. Ölkə ərasizində  soyuq havalar sentyabr ayının sonundan başlayır. Artıq uzun illərdir ki, bu tendensiya davam edir. Ölkəmizin dağlıq və dağətəyi rayonlarında artıq birinci qarın hələ oktyabr ayında yağdığını nəzərə alsaq, qış mövsümünün 16 dekabrdan başlaması qapalı şəraitdə fəaliyyət göstərən dövlət mülkiyyətində olan müəssisələrdə, xüsusilə ümumitəhsil və digər təhsil müəssisələrində ciddi fəsadlar yaradır. Pandemiya dövründə bu fəsadların miqyası daha genişdir.

Soyuq havada, o cümlədən qış mövsümündə otaqların və ya binanın daxilində temperatur nə qədər olmalıdır?

Bu rəqəm müxtəlif ölkələrdə bir-birindən az da olsa fərqlənir, minimal və ya maksimal rəqəmlərlə müəyyən edilir. Məsələn, İngiltərədə bu rəqəm minimum 17,5 dərəcə, Yaponiyada maksimum 20 dərəcə, Azərbay Respublikasında isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21.08.2017-ci il tarixli Kollegiya iclasının qəraına əsasən qəbul edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” və “Qazanxana qurğuları. Layihələndirmə normaları”na görə qış və keçid dövründə ictimai binalarının otaqlarının temperaturu 20-22 dərəcə müəyyən edilmişdir.

Eyni zamanda qeyd etməliyik ki, ölkəmizdə yaz aylarında havanın isinməsi daha tez baş verir. Yəni,  artıq Novruz bayramından sonra havanın sürətlə isinməsi və yaz tətilinin 7-8 gün davam etməsi, adətən mart ayının sonu, aprel ayının əvvəllərində isitmə sisteminə ehtiyacı kəskin azaldır. Hazırda sinif otaqlarının 18 dərəcədən aşağı olması müəllimlərin və şagirdlərin, o cümlədən məktəbin digər işçilərinin kütəvi soyuqlanmasını, qripə və digər infeksion xəstəliklərə, həmçinin COVİD-19-a yoluxmasına şərait yaradır.

Nə etməli?

Problemin ən optimal variantı olaraq  təklif edirəm ki, ölkəmizdə qış dövrünün 1 oktyabr-15 mart əhatə etməsi üçün hüquqi normativ akt qəbul edilərsə, ictimai binaların, o cümlədən təhsil müəssisələrinin qızdırılmasına 1 oktyabrdan başlanarsa, hazırda qarşılaşdığımız problem demək olar ki aradan qalxmış olacaq. Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standart otaq temperaturu əslində 21 dərəcədir. Təşkilat içərisində vaxt keçirilməyən digər otaqlar üçün 18 dərəcəni uyğun hesab edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *