Qırğızıstan bayrağının rənginin dəyişdirilməsi təklif olunur


Qırğız Respublikasında dövlət bayrağının dəyişdirilməsi təklifi irəli sürülüb.

Millitribuna.az xəbər verir ki, bu barədə deputat Arslanbek Maliyev bildirib.

Onun sözlərinə görə, tarixən qırğızların bayrağı göy rəngdə olub. Deputat buna görə də dövlət bayrağının bu rəngdə olmasının vacibliyini vurğulayıb.

Parlament üzvü bununla bağlı qanun layihəsinin hazırlandığını qeyd edərək dövlət himninin sözlərində də bəzi dəyişiklilərin edilməsinin vacibliyi söyləyib: “Öz tarixi rəmzlərimizə qayıtmağın vaxtıdır”.

Məlumata görə, bu ideyanın təşəbbüskarları hesab edir ki, dövlətin indiki bayrağındakı qırmızı rəng keçmiş SSRİ-ni xatırladır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir