Qaydaları pozan 35 sürücü cərimələndi

Şəmkir rayonunun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, ayanma-durma qaydalarını kobud şəkildə pozan 35 avtomobilin sahibi barəsində inzibati protokollar tərtib olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *