“Qarabağın tarixi” mövzusunda müsabiqə elan edilib

Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir.

Nazirlikdən verilən məlumata görə, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

Müsabiqənin qəbul şərtləri:

Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.

İştirakçının yaş məhdudiyyəti yoxdur.

Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)

Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.

Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

Tələb olunan sənədlər:

Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.

Əlavə məlumat üçün:

Telefon: (012) 498-18-26;

Həftənin iş günləri saat 10:00-17:00-dək;

E-poçt: media@culture.gov.az

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.