“Qarabağ”ın legioneri meydandan qovulub

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

Millitribuna.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasını azlıqda qoyub. Monteneqrolu oyunçu 2 dəqiqə ərzində ardıcıl 2 sarı vərəqə alıb.

Qeyd edək ki, Veşoviç oyuna start heyətində başlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir