Qarabağa avtobus reyslərinin fevral ayı üçün biletləri satışa çıxarılacaq


Yanvarın 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinin fevral ayına olan biletləri satışa çıxarılacaq.

Millitribuna.az-ın məlumatına görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir