Qanunsuz balıq ovlayan şəxs saxlanılıb


Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib: “Nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir