“Qərb dünya iqtisadiyyatını çökdürür” – Putin

“Qərb ölkələri məsuliyyətsiz makroiqtisadi kurs aparır ki, bu da bütün ölkələrin əhalisinin rifahına mənfi təsir göstərir”.

Millitribuna.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin biznes forumda bildirib.

“Qərb ölkələri siyasi motivli sanksiyalar tətbiq etməkdə dünya iqtisadiyyatını məhv edirlər. Onların etdiyi sağlam düşüncəyə və elementar iqtisadi məntiqə ziddir. Qlobal miqyasda biznesin maraqlarına ziyan vurur və mahiyyətcə bütün ölkələrdə əhalinin rifahına mənfi təsir göstərir.

Rusiya isə maliyyə sistemini qoruya bilib və sənayedə vəziyyəti sabitləşdirməyə başlayıb”,- deyə Putin çıxışında vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.