Qədim ənənələri qoruyan – Novruz Bayramı

Abutalib Turabov yazır…

Novruz bayramı xalqımızın uzun illər boyu qeyd etdiyi ən qədim bayramlardan biridir. Bu bayramı qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu. Çünki hökumət bu bayramın keçirilməsinə icazə vermirdi. Bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı gizli şəkildə qeyd edirdi. Novruz bayramı qədim ənənələri, oyunları və ozünəməxsus bayram sufrəsi ilə zəngindir.

Ənənəyə görə, bayramın ilk günü hər kəs evdə olmalıdır. Xalq arasında deyirlər ki: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan” . Bayram süfrəsində isə “S” hərfi ilə başlayan yeddi növ ərzaq olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü, şam, boyanmış yumurtalar qoyulur. Novruzda “Kos-kosa” (baharın gəlməsi rəmzi), xoruz döyüşdürmə oyunu da bayramın əsas simvollarından sayılır. Hələ qədimdən görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova “Novruz Bayramı”na həsr olunmuş müxtəlif mahnılar yazmışlar.

Bayram ərəfəsində televiziya kanallarımızda milli adət-ənənələrimizi özündə əks etdirən rəngarəng bayram proqramları hazırlanır. Həmin proqramlarda çıxış edən dəyərli sənətkarlarımız bu gözəl bayrama həsr olunmuş əsərləri oxuyaraq xalqımızı təbrik edirlər.

Novruz Bayramınız Mübarək olsun!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir