Qəbələdə evdə partlayış: 89 yaşlı qadın yanaraq ölüb

Qəbələ rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Millitribuna.az-ın xəbərinə görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Mahmudova Sabirə Səid qızı yaşadığı fərdi evdə kustar üsulla quraşdırılan qaz sobasını yandırarkən ehtiyatsılıq edib və qaz sızması səbəbindən baş verən partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Sabirə Mahmudova təcili olaraq Qəbələ Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 89 yaşlı qadını xilas etmək mümkün olmayıb. S. Mahmudova aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada vəfat edib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *