Putinin “kriminal müharibə”si – ZEK-lər cəbhəyə daşınır

Rusiyanın Tambov vilayətində Rusiya Federal Cəzaçəkmə Xidmətinin (FCX) 8-dən artıq furqondan ibarət kolonu Ukraynada müharibə üçün cəlb olunmuş ZEK-ləri daşıyarkən qeydə alınıb.

Bu barədə «Baza» Teleqram-kanalı xəbər verir («UNİAN»).

Kanalın məlumatına görə, Tambov vilayətinin kolonlarından yığılmış 400 dustağı furqonlarla «təlim üçün Rusiyanın cənub bölgələrindən birinə» aparıblar.

FCX-nin 10-12 avtobusdan ibarət daha bir kolonu isə Belqorodda – Ukrayna ilə sərhəddə qeydə alınıb. Xəbər verildiyi kimi, Xarkov vilayətində məğlubiyyətdən sonra Rusiya gizli səfərbərliyi iki dəfə gücləndirib, amma vətəndaşları seçmə üsulu ilə cəlb edirlər ki, sosial gərginliyi minimuma endirsinlər.

Müharibəni öyrənən institut təsdiqləyir ki, Kiyevi üç günə ələ keçirməyi planlaşdıran Rusiya komandanlığı tammiqyaslı müharibənin yarım ilində keçmiş SSRİ ölkələrindən Ukraynaya tullanmış qüvvələrin böyük hissəsini tükədib.

Ukrayna kəşfiyyatı təsdiqləyib ki, böyük itkilər səbəbilə və uyğun olaraq, muzdluların «xüsusi əməliyyat»da iştirakdan kütləvi imtinası üzündən Rusiya yeni «könüllülərin» göndərilməsini dayandırmağa məcbur olub. Bu isə İnstitutun fikrincə, USQ imkan verir ki, Xarkov vilayətindəki döyüşdən sonra qüvvələri konsolidasiya etsin və hücumu bərpa etsin.

Bu günlərdə şəbəkədə «Vaqner» özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinin iştirakı ilə bir video yayılıb. Video Rusiyanın cəzaçəkmə kolonlarından birində çəkilib və orada Priqojin dustaqları Ukraynaya qarşı müharibə üçün könüllü batalyonlara daxil olmağa çağırıb.

Analitiklərin təsdiqləməsinə görə, məhz Priqojin «müharibənin sifəti»nə çevrilir və bu vaxt RF Müdafiə Nazirliyinin başçısı Xarkov məğlubiyyətinə görə rəhbərlikdən kənarlaşdırılıb.

Beləliklə, aydın olur ki, hələ də «krepostnoy ölkə» olaraq qalan Rusiya Federasiyasında diktator Putinin yeni «ZEK ordusu» meydana gətirilir və bu ölkə Ukraynaya qarşı elan olunmamış tammiqyaslı «kriminal müharibə» aparır. Odur ki, bəşəriyyətə ünvanlı bu cinayətin BMT səviyyəsində ittiham olunmasının vaxtı yetişib. (azpolitika.info)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.