Putin öz varisini elan edəcək

2023-cü ilin payızına doğru Putin öz varisinin adını açıqlayacaq.

Millitribuna.az xəbər verir ki, bunu rusiyalı polittexnoloq Stanislav Belkovski deyib. O, Putinin varisinin bir yox, bir neçə nəfər ola biləcəyini də deyib:

“Putinin varisi ilə bağlı konsensus yoxdur. Ona görə ki, Putin bütün oyunçular kimi son ana qədər bu qərarı uzadır. Bu qərar iki il sonra qəbul ediləcək. Bu baxımdan ən vacib dövr 2023-cü ilin sentyabrı olacaq. Həmin tarixdə qanuna əsasən həm də Moskva meri Sergey Sobyanin istefaya getməlidir.

Putin 2024-cü ildə hakimiyyətdən getsə, onun yerinə Qazaxıstan ssenarisinə uyğun olaraq “kollegial xələf” gələ bilər. Bu, bir neçə nəfər olacaq. Onlar bir neçə yüksək vəzifəni tutacaqlar. Yəni aralarında prezident olacaq, amma o, Putin kimi səlahiyyətlərə sahib olmayacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *