Putin: “Ölkələrin dollara inamı itib”

“Ölkələr tədricən hesablaşma və ehtiyat valyutaları kimi dollar, avro, funt sterlinqə inamını itirir və onlardan istifadədən uzaqlaşırlar”.

Millitribuna.az bildirir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

“Qərb ölkələri tarixin axarına müqavimət göstərmək cəhdi ilə dünya iqtisadi sisteminin əsrlər boyu qurulmuş əsas sütunlarını sıradan çıxarıblar. Gözümüzün qabağında hesablaşmalar aparmaq, ehtiyat saxlamaq, aktivləri təqdim etmək mümkün olan valyutalar kimi dollara, avroya və funt sterlinqə olan inam itib. Və biz bu cür etibarsız, güzəştə gedən valyutaların istifadəsindən addım-addım uzaqlaşırıq”, – deyə o vurğulayıb.
Ətraflı

Putin qeyd edib ki, hətta ABŞ-ın müttəfiqləri də öz dollar ehtiyatlarını tədricən azaldır: “Bunu statistik rəqəmlərdən də görmək olar. Həm dollarla hesablaşmaların həcmi, həm də əmanətlərin həcmi getdikcə azalır”.

O xatırladıb ki, bir gün əvvəl “Qazprom” və onun çinli tərəfdaşları qaz tədarükü üçün ödəniş edərkən rubl və yuana 50/50 nisbətində keçmək qərarına gəliblər. (apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.