Problemli kreditlərin ən çox və ən az olduğu regionlar – Siyahı

Bu ilin aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918,2 mln. manat təşkil edib.

Millitribuna.az-ın Mərkəzi Banka istinadən xəbər verir ki, regionlarda ümumi kredit qoyuluşlarının 3,5%-i problemli kreditlərin payına düşüb.

Aprelin 1-nə olan məlumata görə, 6,9 faizlə problemli kreditin ən çox olduğu region Abşeron iqtisadi rayonu olub. Portfelin ən sağlam olduğu region isə 2 faizlə Şəki-Zaqatala iqtisadi rayonudur.

Problemli kreditlərin nisbətən ən az olduğu şəhər isə 0,6%-lə Sədərəkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *