“Pişik” Günel TƏBİB-dən şikayətləndi

“İnsanların həyatı ilə bu qədər oynamayın!”.

“Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur amma yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib”.

Millitribuna.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova (“Pişik” Günel) özünün “Instagram” hesabında yazıb:

“Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.

Üç gündür bilmirəm COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Biraz vicdanlı olun”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *