Pediatr: “COVID-19 uşaqlarda qastroenteritlərə səbəb ola bilir”

“Yay mövsümündə uşaqlar arasında qastroenteritlər daha çox ishal və qusma şəklində müşahidə olunur”.

Millitribuna.az xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov deyib.

Onun sözlərinə görə, uşaqlarda yay mövsümündə xəstəliyə daha çox rast gəlinir: “Bunun bir çox səbəbləri ola bilər. Əgər 14 gün davam edirsə, xroniki qastroenterit deməkdir. Pandemiya dövrünü də nəzərə alsaq, COVID-19 qastroenteritlərə səbəb ola bilir. Çünki virusun klinik göstəricilərində qusma və ishal şikayətləri olur. Onu da bilirik ki, COVID-19-un uşaqlar arasında ölüm faizi yüksək deyil. Belə olan təqdirdə uşaqlarda adətən simptomatik müalicəyə üstünlük verilir. COVID-19 zamanı da xəstələrdə yüksək hərarət ola bilər. Lakin unutmayaq ki, hər qusma və ishal koronavirus deyil”.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir